...

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Siyasət Materials 2 İyul 2010 19:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Belarus Respublikasının milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik şəkildə və sürətlə inkişaf edəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Aleksandr Qriqoryeviçə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti