...

Türkmənistan Xəzər dənizinin milli sektorunda dəniz sərhədlərini möhkəmləndirməlidir – Prezident Qurbanqulu Berdıməhəmmədov

Siyasət Materials 5 İyul 2010 11:12 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Təhlükəsizlik Şurasının son iclasında "Xəzər dənizinin milli sektorunda dəniz sərhədlərini möhkəmləndirdiyini" xüsusi qeyd edib. Bu barədə bazar ertəsi hökumətin mətbuat xidmətindən məlumat verilib.
Türkmənistan Xəzər dənizinin milli sektorunda dəniz sərhədlərini möhkəmləndirməlidir – Prezident Qurbanqulu Berdıməhəmmədov

Türkmənistan, Aşqabad, 5 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Təhlükəsizlik Şurasının son iclasında "Xəzər dənizinin milli sektorunda dəniz sərhədlərini möhkəmləndirdiyini" xüsusi qeyd edib. Bu barədə bazar ertəsi hökumətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı ölkə rəhbəri sərəncam imzalayıb. Sərəncama əsasən, Sərhəd Xidməti nəzdində gəmiqayırma müəssisəsinin yaradılması planlaşdırılıb.

"Türkmənistanın hərbi doktrinası sırf müdafiə xarakteri daşıyır. Bu da öz növbəsində, ölkə hərbi qulluqçuları və hüquq-mühafizə strukturları qarşısında müəyyən tapşırıqlar qoyur", - ölkənin Ali Baş Komandanı vəzifəsini tutan Prezident Berdıməhəmmədov deyib.

Onun sözlərinə görə, Türkmənistan daimi neytral statuslu dövlət kimi, "bu illər ərzində sülhməramlılıq və mehribanlıq siyasəti yürüdür, regionda sabitlik və təhlükəsizliyin təminatçısı kimi çıxış edir".

Xəbər lenti

Xəbər lenti