...

Nino Burcanadze Klintonla görüşdən imtina edib

Siyasət Materials 5 İyul 2010 14:13 (UTC +04:00)
Gürcüstanın eks-spikeri, "Demokratik Hərəkat - Vahid Gürcüstan" Partiyasının lideri Nino Burcanadze qadın liderlər formatında görüşdən imtina edib. Partiyanın ofisindən jurnalistlərə verilən məlumata görə, o öz qərarını bir qədər sonra şərh edəcək.
Nino Burcanadze Klintonla görüşdən imtina edib

Gürcüstan, Tbilisi, 5 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın eks-spikeri, "Demokratik Hərəkat - Vahid Gürcüstan" Partiyasının lideri Nino Burcanadze qadın liderlər formatında görüşdən imtina edib. Partiyanın ofisindən jurnalistlərə verilən məlumata görə, o öz qərarını bir qədər sonra şərh edəcək.

ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstanda qadın liderlərlə ilk üçsaatlıq görüşü Milli Kitabxanada keçiriləcək. Orada həm QHT-lərin, həm siyasi partiyaların nümayəndələri, eləcə də ölkənin işgüzar qadınları iştirak edəcəklər.

Klintonun Tbilisidə müxalifət liderləri ilə görüşü də planlaşdırılıb. Burcanadzenin adı dəvət olunanların siyahısına daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti