...

Azərbaycan müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb

Siyasət Materials 5 İyul 2010 18:00 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Minsk qrupunun həmsədr ölkələrini Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb.
Azərbaycan müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə naziri Minsk qrupunun həmsədr ölkələrini Ermənistana qarşı daha təsirli tədbirlər görməyə çağırıb.

Ermənistanın təcavüzkar işğalçı siyasətini dayandırması ücün həmsədr ölkələr daha təsirli tədbirlər görməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən deyib. Məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Görüş zamanı nazir Əbiyev qeyd edib ki, münaqişənin sülh yolu ilə həll edilməsi üçün öncə Ermənistan işğalcı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməlidir.

Bir sıra beynəlxalq təşkılatların qəbul etdikləri qərar və qətnamələrin də bunu tələb etdiyini xatırladan nazir, əks yolun ağır problemlər meydana gətirəcəyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti