...

Böyük Britaniya və Almaniya İran təyyarələrinin yanacaqla təmin olunmasından imtina etməyiblər – Nəqliyyat nazirliklərinin nümayəndələri

Siyasət Materials 6 İyul 2010 19:55 (UTC +04:00)
Nə Böyük Britaniya, nə də Almaniya öz ərazilərində İran təyyarələrinin yanacaqla təmin olunmasından imtina etməyiblər. Bu barədə hər iki ölkənin Nəqliyyat nazirliklərinin nümayəndələri məlumat verib.
Böyük Britaniya və Almaniya İran təyyarələrinin yanacaqla təmin olunmasından imtina etməyiblər – Nəqliyyat nazirliklərinin nümayəndələri

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Konyayeva/

Böyük Britaniya, nə də Almaniya öz ərazilərində İran təyyarələrinin yanacaqla təmin olunmasından imtina etməyiblər. Bu barədə hər iki ölkənin Nəqliyyat nazirliklərinin nümayəndələri məlumat verib.

"Hazırda Böyük Britaniya hökumətinə ölkədə nə vaxtsa təyyarələrin yanacaqla doldurulmasından imtina edilməsi ilə bağlı xəbər məlum deyil", - Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin (Department of Transport) nümayəndəsi Samina Rizvi hökumətin rəsmi nümayəndəsinə istinadən Trend-ə elektron poçtla bildirib.

Bazar ertəsi İranın Aviasiya Şirkərtləri Assosiasiyasının nümayəndəsi Mehdi Əliyari bildirib ki, Böyük Britaniya, Almaniya və BƏƏ-nin hava limanları Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara görə İran təyyarələrini yanacaqla doldurmaqdan imtina ediblər.

Almaniyanın Nəqliyyat Nazirliyi də (Federal Ministry of Transport, Building and Urban Development) bu xəbəri təkzib edib.

"Bu məlumat həqiqətəuyğun deyil, - nazirliyin mətbuat ofisinin nümayəndəsi İnqo Ştrater telefonla Trend- ə bildirib. - Almaniya ərazisində İran təyyarələrinin yanacaqla doldurulması nə BMT TŞ-nın qüvvədə olan qətnaməsi çərçivəsində, nə də Avropa İttifaqının embarqosuna uyğun olaraq qadağan olunmayıb".

İranın Xarici İşlər Nazirliyi də çərşənbə axşamı Böyük Britaniya, Almaniya və BƏƏ-nin öz hava limanlarında İslam Respublikasına qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar İranın sərnişin təyyarələrinin yanacaqla təmin olunmasından imtina edilməsi ilə bağlı məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti