...

İlham Əliyev Polşanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 6 İyul 2010 20:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Polşanın yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Polşa dövlətlərarası münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, çoxşaxəli dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı iş birliyimiz, strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.

İlham Əliyev Bronislav Komorovskiyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti