...

Azərbaycan Mərkəzi Seçki Komissiyası istənilən tərəflərlə seçkilərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edir - katib Natiq Məmmədov

Siyasət Materials 7 İyul 2010 11:01 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) istənilən tərəflərlə seçkilərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edir.
Azərbaycan Mərkəzi Seçki Komissiyası istənilən tərəflərlə seçkilərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edir - katib Natiq Məmmədov

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) istənilən tərəflərlə seçkilərin təkmilləşdirilməsi üçün əməkdaşlıq edir, - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında MSK katibi Natiq Məmmədov deyib.

"Hazırda Venesiya Komissiyası və MSK ehtimal olunan şikayətlərlə bağlı tədbir keçirir. Məqsəd bütün seçki dairələrinin nəzdində fəaliyyət göstərən ekspertlərin bura cəlb edilmələri, şikayətlərə baxılma qaydası ilə bağlı bütün qaydaları yenidən nəzərdən keçirmək, iştirak edəcək subyektlərin maarifləndirilməsi, biliklərinin yoxlanılması və daha da təkmilləşdirilməsidir", - Məmmədov bildirib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın birinci həftəsində keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə seminar-treninq keçirməyə başlayıb. İki gün davam edəcək seminarda dairə seçki komissiyasının əməkdaşları təlimlər keçəcəklər.

Məmmədovun sözlərinə görə, MSK maarifləndirmə işinə əhəmiyyət verir.

"Biz bunun üçün KİV-in imkanlarından istifadə edirik. Bundan əlavə, müraciət qaydaları ictimailəşdirilir, internetdə yerləşdirilir", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti