...

Misir diplomatı Türkmənistanda akkreditasiya alıb

Siyasət Materials 7 İyul 2010 17:04 (UTC +04:00)
Türkmənistan parlamentinin sədri Akca Nurberdıyev Misirin fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Şövqi Əlaəddinin etimadnaməsini qəbul edib.
Misir diplomatı Türkmənistanda akkreditasiya alıb

Türkmənistan, Aşqabad, 7 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistan parlamentinin sədri Akca Nurberdıyev Misirin fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Şövqi Əlaəddinin etimadnaməsini qəbul edib.

Diplomat Misirin Türkmənistanın konstruktiv sülhpərvər siyasətini yüksək qiymətləndirdiyini qeyd edib və gələcəkdə ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı bəzi təkliflər irəli sürüb.

Türkmənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, tərəfdaşlığın əsas istiqamətləri sırasında ticarət-iqtisadiyyat sahəsi birinci yer alıb.

Xüsusi diqqət mədəni mübadilənin fəallaşmasına yönəlib ki, bu da "iki xalqın tarixi və mənəvi yaxınlığı" ilə əlaqədardır.

Bundan başqa, "qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, gələcəkdə konstruktiv dialoqu genişləndirmək" məqsədilə iki ölkə parlamentləri arasında əlaqələrin qurulmasının zəruriliyi qeyd olunub.

Misirli diplomat Türkmənistan XİN-də qəbul edilib. Orada uzunmüddətli tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti