...

Tbilisi apelyasiya məhkəməsi iyulun 9-da Muxrovani qiyamı ilə bağlı işə baxacaq

Siyasət Materials 7 İyul 2010 17:17 (UTC +04:00)
Gürcüstanın "Hüquqlarımız uğrunda", "Keçmiş siyasi məhbuslar insan haqları uğrunda", "7 noyabr" hərəkatı, "Həyatını müdafiə et" və digər qeyri-hökumət təşkilatları Muxrovani qiyamında günahlandırılan hərbçilərlə həmrəyliklərini ifadə ediblər.
Tbilisi apelyasiya məhkəməsi iyulun 9-da Muxrovani qiyamı ilə bağlı işə baxacaq

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın "Hüquqlarımız uğrunda", "Keçmiş siyasi məhbuslar insan haqları uğrunda", "7 noyabr" hərəkatı, "Həyatını müdafiə et" və digər qeyri-hökumət təşkilatları Muxrovani qiyamında günahlandırılan hərbçilərlə həmrəyliklərini ifadə ediblər.

"Muxrovani qiyamının modeli hakimiyyət tərəfindən hazırlanıb və bu işdə bütün mühakimə olunanlar siyasi məhbuslardır", - bu barədə bu gün keçmiş hərbi ombudsman, ekspert Nodar Epremidze birgə mətbuat konfransında bəyan edib.

"Hakimiyyətə ordunu etibardan salmaq lazım idi", - o bildirib.

"Keçmiş siyasi məhbuslar insan haqları uğrunda" təşkilatının rəhbəri Nana Kakabadzenin sözlərinə görə, bu, sırf siyasi prosesdir və qanunun pozulması ilə heç bir əlaqəsi yoxdur. O, mediaya hakimiyyətin Muxrovani batalyonunda qiyamın modelini hazırlayarkən hansı məqsədləri güdməsi ilə maraqlanmağı məsləhət görüb.

İttiham olunanlardan biri Koba Otonadzenin vəkili Gela Nikoilaşvilinin sözlərinə görə, 21 nəfərin iştirakı ilə Muxrovani işi üzrə apelyasiya məhkəməsi iyulun 9-da saat 13:00-da keçiriləcək. Otonadze hamını həmin gün hərbçilərlə həmrəyliyə çağırıb. İttiham olunan hərbçilər 3 ildən 29 ilədək cəzaya layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti