...

İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib

Siyasət Materials 8 İyul 2010 12:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatala süd emalı zavodunun açılışında iştirak edib.
İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatala süd emalı zavodunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Ona məlumat verilib ki, "Gilan" MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılmışdır. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidmət bölmələri vardır. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.

Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarca sakin işlə təmin olunmuşdur.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi. Dövlətimizin başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxdı.

Xəbər lenti

Xəbər lenti