...

Azərbaycan Prezidenti Balakən rayonuna səfərə gəlib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 İyul 2010 15:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfərə gəlib.
Azərbaycan Prezidenti Balakən rayonuna səfərə gəlib (ƏLAVƏ OLUNUB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakən rayonuna səfərə gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan, Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artıb. 2010-cu ilin birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınmışdır.

Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülmüşdür. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılmış, bir çox kəndlərə "mavi yanacaq" verilməsinə başlanılmış, avtomobil yollarında əsaslı və cari təmir işləri görülmüşdür. Ötən il bir neçə məktəb binası tikilmiş, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılmışdır. 2004-2009-cu illərdə Balakəndə, ümumilikdə, 3096-sı daimi olmaqla 8 876 yeni iş yeri açılmışdır. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1 160-dır. Balakəndə abadlıq-qurucluq işlərinə də xüsusi diqqət yetirilmiş, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısının 2006-cı və 2008-ci illərdə Balakənə etdiyi səfərlər rayonun ictimai, siyasi, sosial-iqtisadi həyatında mühüm dəyişikliklərlə yadda qalmışdır.
Bu səfərlər Balakənin yeni inkişaf dövrünün başlanğıcı kimi səciyyələndirilir.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ulu öndərin abidəsinin qoyulduğu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədi ilə Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada, həmçinin, respublikada analoqu olmayan buraz yolu inşa edilmiş, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Balakənə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Xəbər lenti

Xəbər lenti