...

Qırğızıstan paytaxtının Oş şəhərinə köçürülməsi mümkün və effektiv deyil – ekspertlər

Siyasət Materials 8 İyul 2010 16:05 (UTC +04:00)
Respublikada təhlükəsizliyin təmin edilməsi üçün Qırğızıstan paytaxtının Bişkəkdən Oşa köçürülməsi mümkün və effektiv deyil. Ekspertlər belə hesab edirlər.
Qırğızıstan paytaxtının Oş şəhərinə köçürülməsi mümkün və effektiv deyil – ekspertlər

Аzərbaycan, Bakı, 8 iyul /Trend, müxbir V.Javoronkova/

Respublikada təhlükəsizliyin təmin edilməsi üçün Qırğızıstan paytaxtının Bişkəkdən Oşa köçürülməsi mümkün və effektiv deyil. Ekspertlər belə hesab edirlər.

Çərşənbə günü millətçi qüvvələrin rəhbərlərindən biri hələ eks-prezident Əsgər Akayevin dövründə ciddi şəkildə müzakirə olunan paytaxtın Bişkəkdən Oş şəhərinə köçürülməsi məsələsini yenidən qaldırıb.

"Bizim partiya bütün hökumət orqanlarının Qırğızıstanın cənubuna köçürülməsinə təkid edəcək. Hökumət strukturları oraya köçürülməsə problem heç vaxt həll olunmayacaq. Qırğızıstanın əsas problemləri isə cənubdadır", - "Əsabə" partiyasının rəhbəri Əzimbəy Bəynəzərov bəyan edib.

Qırğızıstan müvəqqəti hökumətinin sədr müavini Bəynəzərov bəyan edib ki, respublika paytaxtının Oşa köçürülməsi məsələsinin müsbət həlli ölkənin cənubunda olan problemlərin həllinə yardım edəcək.

"Cənubda baş verən son hadisələr sübut etdi ki, hakimiyyət orqanları konstitusiyaya görə ölkənin ikinci paytaxtı olan Oşda yerləşməlidir", - o bildirib.

Lakin ekspertlər belə hesab edirlər ki, paytaxtın Bişkəkdən Oşa köçürülməsinin respublikanın problemlərini həll edə bilməməkdən başqa, bir çox digər mənfi cəhətləri də var.

Qırğız ekspert Orozbey Moldaliyev hesab edir ki, paytaxtın Oşa köçürülməsi təklifi yaxşı düşünülməyib və onun müəllifi paytaxtın funksiyalarına birtərəfli baxır.

"Mövcud məsələ artıq bu ilin aprel ayında devrilmiş respublikanın eks-prezidenti Kurmanbek Bakiyevin zamanında da qaldırılmışdı və bu istiqamətdə hətta müəyyən addımlar da atılmışdı, məsələn, Fövqəladə Hallar Nazirliyi Oş şəhərinə köçürülüb", - Trend-ə Bişkəkdən telefonla Moldaliyev deyib.

O hesab edir ki, təhlükəsizliyin təmin edilməsi funksiyası ilə yanaşı, Oş respublikanın paytaxtı kimi mədəni, təşkilati, idarə və digər vacib funksiyaları yerinə yetirə bilməz.

Mərkəzi Asiya üzrə amerikalı ekspert Brüs Panyerin fikrincə, bir çox səbəblərə görə Qırğızıstan paytaxtının Bişkəkdən Oşa köçürülməsini təsəvvür etmək çətindir.

Səbəblərdən biri kimi ekspert əhalinin sayını göstərir: Oşda Bişkəkin 800 minlik əhalisi ilə müqayisədə yalnız 220 min yaşayır. Onun fikrincə, Oşla müqayisədə Bişkəkə həm maşınla, həm qatarla, həm də təyyarə ilə gedib çatmaq daha asandır.

"Həyat şəraiti, sənaye və xidmət sahələri Bişkəkdə daha yaxşı inkişaf edib, bundan başqa, Oş təhlükəsizliklə bağlı daima problemlər yaşayan Fərqanə vadisində yerləşir", - Trend-ə elektron poçtla "Azadlıq" radiosunun eksperti Panyer deyib.

Ekspert hesab edir ki, qırğız nöqteyi-nəzərindən Özbəkistanla sərhədə yaxın yerləşən yerdə paytaxtın olması yəqin ki, o qədər də yaxşı fikir deyil. Çoxları, o cümlədən Özbəkistanın sürgündə olan siyasi müxalifəti Prezident İslam Kərimovdan Qırğızıstanda bu yaxınlarda baş verən toqquşmalar zamanı qoşunları oraya göndərməyini tələb ediblər.

"Əgər buna bənzər hal bir daha baş versə, özbək qoşunları Oşa sərhədi keçəndən yarım saat sonra çatacaqlar. Odur ki, paytaxtı Qazaxıstanla sərhədə yaxın yerdə saxlamaq daha məsləhətdir, çünki Qırğızıstanın regionda məhz bu ölkə ilə münasibətləri yaxşıdır", - o qeyd edib.

Qırğızıstan politoloqları Assosiasiyasının rəhbəri Nura Ömərovanın fikrincə, respublikanın büdcəsində belə kardinal dəyişikliklər etmək üçün vəsait, sadəcə olaraq yoxdur.

Onun sözlərinə görə, cənub elitanın nümayəndəsi Beknazarovun bəyanatı boş sözlərdir, belə ki, respubliaknın cənuba bütün inzibati binaları və dövlət qulluqçularının infrastrukturunu köçürməyə vəsaiti yoxdur.

"Oşun infrastrukturunun ən azı yarım milyarda bərpa olunacağı halda, başqa söz danışmaq yersizdir", - Ömərov "Vzqlyad" qəzetinə müsahibəsində deyib.

Bununla belə, baş nazirin səsləndirdiyi təklif seçkilər öncəsi ona əlavə xallar qazandıra bilər, - Ömərov belə hesab edir.

Xəbər lenti

Xəbər lenti