...

Azərbaycan Prezidenti Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib

Siyasət Materials 8 İyul 2010 15:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Balakənə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səhiyyə ocağının kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilən Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının təməli 2006-cı il aprelin 11-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xəstəxanının ümumi ərazisi 4 hektardır, əsas binanın köməkçi tikililərlə birlikdə ümumi sahəsi 19 min 500 kvadratmetrdir.

Prezident İlham Əliyev xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısını əks etdirən fotostendə baxıb.

Bildirilib ki, xəstəxana özündə stasionar şöbələri, rayon təcili tibbi yardım stansiyasını və poliklinikanı birləşdirir. Tibb ocağında 99 həkim, 202 orta və 153 kiçik tibb işçisinin işlə təmin olunması nəzərdə tutulub. Ən müasir tibb avadanlığının quraşdırıldığı 187 çarpayılıq xəstəxana kompleksində 11 şöbə fəaliyyət göstərir.

Prezident İlham Əliyev poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetlərində yaradılmış şəraitlə tanış olub.

Xəstəxanada inzibati və stasionar şöbələr, fizioterapiya, stomatologiya kabinetləri, laboratoriya otaqları da fəaliyyət göstərir. Respublikanın şimal-qərb bölgəsinin stomatoloji xəstəliklərə görə endemik zona olduğu və bölgədə yaşayan insanların bu xidmətlərə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılıb.

Kompleksə daxil olan üçmərtəbəli korpusun birinci mərtəbəsində uşaq şöbəsi, qəbul, təcili yardım, lor, qadın məsləhətxanası, habelə doğum şöbəsinin qəbul otaqları var. İkinci mərtəbədə doğum, reanimasiya və terapiya şöbələri yerləşir. Üçüncü mərtəbədə isə cərrahiyyə şöbəsi, 4 otaqdan ibarət cərrahi əməliyyatlar bloku və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin həyətində 20 çarpayılıq infeksion və pataloji anatomik şöbələr də yaradılıb. Ərazidə yeməkxana, qaraj, qazanxana inşa edilib, transformator və generator quraşdırılıb. Xəstəxana fasiləsiz su ilə təmin olunub, binada müasir havalandırma sistemi quraşdırılıb, qaz xətti çəkilib.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti