...

Gürcüstan yığmasının keçmiş oyunçusu iki ay həbs cəzası alıb

Siyasət Materials 9 İyul 2010 16:38 (UTC +04:00)
"Qanun oğrusu" ənənələrinə əməl etməkdə günahlandırılan futbol üzrə Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradze yaxın iki ayı həbsxanada keçirəcək.
Gürcüstan yığmasının keçmiş oyunçusu iki ay həbs cəzası alıb

Gürcüstan, Tbilisi, 9 iyul /Trend, müxbir N.Kirsxaliya/

"Qanun oğrusu" ənənələrinə əməl etməkdə günahlandırılan futbol üzrə Gürcüstan yığmasının keçmiş oyunçusu Georgi Demetradze yaxın iki ayı həbsxanada keçirəcək. Tbilisi məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə futbolçunun 10 min lari məbləğində girov əsasında azad edilməsindən imtina edib.

Demetradze özünü günahkar saymır və deyib ki, polis tərəfindən nəyə görə saxlanılmasının səbəbini bilmir.

Demetradze ilə birlikdə daha iki nəfər - onun dostları David Qaqnidze və keçmiş polis polkovniki Kaxa Misireli də iki ay müddətinə həbs olunublar. Kiyevdə olan "qanun oğrusu" Vato Kipiani də iki ay həbs cəzası alıb.

Təqsirləndirilən şəxslər çox təəccübləniblər və baş verənləri anlaşılmazlıq adlandırıblar. Vəkilin dediyinə görə, təqsirləndirilən şəxslər istintaqda izahat verməyiblər.

Saxlanılanlar Qldani həbsxanasının 8 sayl təcridxanasına köçürülüblər.

Demetradze, Qaqnidze və Misirelidən onların vətəndaş David Peykrişvilinin 140 000 dollar uduzduğu şəxsdən aldıqları 40 700 dollar götürülmüşdü. Məbləğ totalizator xaricində mübahisə zamanı "əldən çıxıb" və üç şəxs, Demetradze də daxil olmaqla, udulmuş məbləği hədə-qorxu ilə almaq istəyiblər.

Bu işdə Ukraynadan Tbilisidəki "həmkarlarına" zəng vuraraq "oğru qardaşlığı" arasında bölüşdürülmək şərtilə pulları götürməyi tapşıran keçmiş "qanun oğrusu" Vaxtanq Kipiani iştirak edib.

Xəbər lenti

Xəbər lenti