...

Azərbaycan Prezidenti Polşanın ölkəmizdəki səfirini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 9 İyul 2010 17:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Polşanın ölkəmizdəki səfirini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAcDövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında Polşanın keçmiş Prezidenti mərhum Lex Kaçinskinin xüsusi rolunu qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etməsi dövlət başçılarının ikitərəfli əlaqələrə göstərdikləri diqqətin təzahürüdür. Münasibətlərimizin inkişafında səfirlərin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Kşiştof Krayevskinin əlaqələrimizin genişlənməsi üçün çox işlər gördüyünü vurğulayıb, onun ölkəmizdəki bir çox proseslərdə fəal iştirak etdiyini bildirib. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevskinin "Dostluq" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzaladığını deyib və ordeni ona təqdim edib.

Səfir Kşiştof Krayevski Azərbaycanın "Dostluq" ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini vurğulayıb. Bakıya gəldiyi ilk günü xatırlayan diplomat onun ölkəmizdəki fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi yüksək qiymətdən təsirləndiyini deyib, bunun özü və ölkəsi üçün çox vacib və əhəmiyyətli olduğunu bildirib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən diplomat, səfirliyin işinə şəxsən Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd edib və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti