...

Gürcüstanın vitse-spikeri ATƏT PA-da ən böyük fraksiyanın sədr müavini seçilib

Siyasət Materials 9 İyul 2010 20:50 (UTC +04:00)
Osloda keçirilən ATƏT-in Parlament Assambleyasının iclası çərçivəsində Avropa Xalq Partiyası fraksiyasının iclası keçirilib.
Gürcüstanın vitse-spikeri ATƏT PA-da ən böyük fraksiyanın sədr müavini seçilib

Gürcüstan, Tbilisi, 9 iyul /Trend, müxbir N.Kirsxaliya/

Osloda keçirilən ATƏT-in Parlament Assambleyasının iclası çərçivəsində Avropa Xalq Partiyası fraksiyasının iclası keçirilib. İclasda cari məsələlər, o cümlədən ATƏT PA-nın prezidentinin və komitə sədrlərinin seçilməsi məsələlərinə baxılıb.

Fraksiyaların sədr müavinlərinin seçkisi də keçirilib. Sədr müavinlərindən biri Gürcüstan parlamentinin vitse-spikeri Georgi Sereteli seçilib. Bu barədə Trend-ə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Avropa Xalq Partiyası ATƏT PA-da ən böyük fraksiya ilə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti