...

Saakaşvilinin Yanukoviçlə görüşü mehribanlıq şəraitində keçib - mətbuat xidməti

Siyasət Materials 10 İyul 2010 13:15 (UTC +04:00)
Dünən Gürcüstan və Ukrayna liderlərinin Kiyevdə görüşü dostluq və mehribanlıq şəraitində keçib. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Saakaşvilinin Yanukoviçlə görüşü mehribanlıq şəraitində keçib - mətbuat xidməti

Gürcüstan, Tbilisi, 10 iyul /Trend, müxbir N.Kirsxaliya/

Dünən Gürcüstan və Ukrayna liderlərinin Kiyevdə görüşü dostluq və mehribanlıq şəraitində keçib. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili Ukrayna dövlət başçısı Viktor Yanukoviçlə Kiyevdə görüşüb və şəxsən həmkarını 60 illik yubileyi münasibətilə təbrik edib. Bu, Saakaşvili və Yanukoviçin ilk görüşüdür.

Məlumatda deyilir ki, Kiyevdə görüş Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilib. Tərəflər Gürcüstan - Ukrayna ikitərəfli münasibətlərinə baxıblar.

Ukrayna KİV-in məlumatına görə, Prezident Yanukoviçin yubileyi ilə bağlı əsas təntənələr şənbə günü - iyulun 10-da keçiriləcək. Bu gün Kiyevdə MDB-nin qeyri-formal sammitinin keçirilməsi nəzərdə tutulub. Gürcüstan Prezidenti orada iştirak etməyəcək. Çünki ölkə 2008-ci ilin avqustunda rəsmən Birliyin tərkibindən çıxıb.

Xəbər lenti

Xəbər lenti