...

AŞPA-nın məruzəçiləri Tbilisiyə gəliblər

Siyasət Materials 12 İyul 2010 11:06 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin məruzəçiləri Maykl Yansen və Kastriot İslam bu gün səhər Tbilisiyə gəliblər. İslam Tbilisi Hava Limanında jurnalistlərə müsahibəsində bildirib ki, onlar Gürcüstanın Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəlikləri necə icra etməsi ilə bağlı vəziyyəti öyrənməyi planlaşdırırlar.
AŞPA-nın məruzəçiləri Tbilisiyə gəliblər

Gürcüstan, Tbilisi, 12 iyul /Trend, müxbir N. Kirsxaliya/

Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin məruzəçiləri Maykl Yansen və Kastriot İslam bu gün səhər Tbilisiyə gəliblər. İslam Tbilisi Hava Limanında jurnalistlərə müsahibəsində bildirib ki, onlar Gürcüstanın Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəlikləri necə icra etməsi ilə bağlı vəziyyəti öyrənməyi planlaşdırırlar.

"Bu, həmkarım Yansenin buraya ilk səfəridir və biz öhdəliklərin icrası ilə bağlı bütün mövzuları gözdən keçirmək niyyətindəyik", - o qeyd edib.

Gürcüstan Parlamentinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar səfər çərçivəsində daxili işlər naziri Vano Merabişvili və onun müavini Eko Zquladze, ədliyyə naziri Zurab Adeişvili və onun müavini Tino Burdjaliani ilə görüşəcəklər. Görüşdən sonra Yansen və İslam Rustaviyə yola düşəcəklər və Daxili İşlər Nazirliyinin xidmət agentliyində yoxlamadan keçəcəklər.

Səfərin ilk günündə hüquq-mühafizə orqanlarının qeyri-hökumət təşkilatları, səfirliklər və beynəlxalq təşkilatlar, rüşvətxorluğa qarşı məsələlərlə işləyən təşkilatların nümayəndələri ilə görüşlər planlaşdırılıb. İyulun 13-də AŞPA-nın məruzəçiləri Parlament komitəsinin xarici əlaqələr və hüquqi məsələlər üzrə üzvləri, Baş Məhkəmənin sədri Kote Kublaşvili və Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşəcəklər.

Maykl Yansen və Kastriot İslam, həmçinin, Milli Yerli İdarəetmə Assosiasiyasının icraçı direktoru David Melua, Dövlət desentralizasiya komissiyasının nümayəndəsi David Çiçinadze ilə görüşəcəklər, eləcə də, Azərbaycan kəndi Qaracala və Osetin kəndi Kitaaniyə baş çəkəcəklər.

Səfərin sonuncu günü, iyulun 15-də, AŞPA-nın məruzəçiləri Tbilisinin icra hakimi Qiqi Uqulava, regional inkişaf və infrastruktur üzrə nazir Ramaz Nikolaişvali, Gürcüstan Parlamentinin sədri David Bakradze, müxalifət nümayəndələri, parlament çoxluğu və azlığı nümayəndələri ilə də görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti