...

Azərbaycanda Parlament seçkilərindən sonra aktiv siyasətdən gedən partiya sədrləri olacaq - AMİP sədri

Siyasət Materials 12 İyul 2010 11:46 (UTC +04:00)
Azərbaycanın müxalif Milli-İstiqlal Partiyasının yeni sədri hesab edir ki, Parlament seçkilərindən sonra aktiv siyasətdən gedən partiya sədrləri olacaq.
Azərbaycanda Parlament seçkilərindən sonra aktiv siyasətdən gedən partiya sədrləri olacaq - AMİP sədri

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Milli-İstiqlal Partiyasının yeni sədri hesab edir ki, Parlament seçkilərindən sonra aktiv siyasətdən gedən partiya sədrləri olacaq.

"Məncə, Parlament seçkilərindən sonra aktiv siyasətdən gedən partiya sədrləri olacaq. Bu addımı Azərbaycanda ilk dəfə AMİP lideri Etibar Məmmədov atıb. Bununla da başqa partiyalara ismarış verib ki, siz də bu addımı atın. Partiyalarda islahatlar getməlidir, yeniləşməlidir, təzəfikirli adamlar gəlməlidir. Necə olur ki, bir partiyanın rəhbəri 15 il partiya rəhbəri olaraq qalır və hakimiyyətə də demokratik mesajlar vermək istəyir? Bu, düzgün deyil", - bunu bazar ertəsi Trend-ə AMİP-in yeni sədri Yusif Bağırzadə deyib.

Partiyann iyulun 10-da keçirilən X qurultayında partiya sədri vəzifəsinə Yusif Bağırzadə seçilib.

2003-cü ildə Prezident seçkilərindəki məğlubiyyətlərindən sonra, Azərbaycan Milli-İstiqlal Partiyasının sədri Etibar Məmmədov və Azərbaycan Liberal Partiyasının sədri Lalə-Şövkət partiya sədrliyindən istefa verərək aktiv siyasətdən uzaqlaşıblar.

Bağırzadə deyib ki, həmin partiya liderləri doğrudan da müxalifətn birliyinə nail olmaq istəyirlərsə, islahatlar aparmalıdırlar.

"Biz Parlamentə tək gedirik. Heç bir bloka qoşulmayacağıq. Çünki bu partiyalarda birlik görmürük. Siyasi partiyalararası münasibətlər bizi həvəsdən salır. Bloklara qoşulmaq bu məqamda bizə lazım deyil", - Bağırzadə əlavə edib.

AMİP sədri müxalifətin birlik olmadığı halda, mitinq keçirmək taktikasını mənasız sayır.

Azərbaycan Milli-İstiqlal Partiyası (AMİP) 1992-ci ildə təsis edilib. AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə əməkdaşlıq edir. 12 noyabr 1998-ci Prezident seçkilərində AMİP-in ozamankı sədri Etibar Məmmədov namizədliyini irəli sürüb.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də olacağı gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında aparılıb. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti