...

ATƏT-in Parlament Assambleyasının yeni prezidenti yunan Petros Eftimiu oldu

Siyasət Materials 12 İyul 2010 14:11 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının XIX illik sessiyası şənbə günü "Oslo Bəyannaməsi"nin qəbulu və yunan Petros Eftimiunun qurumun yeni prezidenti seçilməsi ilə öz işini başa çatdırıb, - təşkilatdan verilən məlumatda deyilir.
ATƏT-in Parlament Assambleyasının yeni prezidenti yunan Petros Eftimiu oldu

Аzərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Y.Ostapenko/

ATƏT-in Parlament Assambleyasının XIX illik sessiyası şənbə günü "Oslo Bəyannaməsi"nin qəbulu və yunan Petros Eftimiunun qurumun yeni prezidenti seçilməsi ilə öz işini başa çatdırıb, - təşkilatdan verilən məlumatda deyilir.

Əvvəllər assambleyanın vitse-prezidenti vəzifəsində çalışan 60 yaşlı Eftimiu "lehinə" 130 və "əleyhinə" 64 səs toplamaqla, senator Konsilyo Di Nino üzərində qələbə çalıb. Eftimiu iki il müddətində bu vəzifədə çalışan portuqal Joao Soareşanı əvəz edəcək.

Sessiyada, həmçinin, Parlament Assambleyasının üç yeni vitse-prezidenti seçilib: Rikkardo Miliori (İtaliya), Aleksandr Kozlovski (Rusiya) və Oleq Biloris (Ukrayna). İspaniyadan İzabel Poeuelo yenidən seçilib.

"Oslo Bəyannaməsi" 250 parlamentarinin iştirak etdiyi illik sessiyada qəbul olunmuş qətnamələrdən ibarətdir. Qətnamə məsələlərin geniş spektrini əhatə edir: Qırğızıstandakı vəziyyət, Parlament Assambleyasının Korfu prosesinə cəlb olunması, Yaxın Şərqdə sülh prosesi, nüvə təhlükəsizliyi, kibercinayət, Arktikada vəziyyət, məcburi köçkünlərin öz vətənlərinə qayıtması hüququ, jurnalist araşdırmaları və ölüm cəzası.

Sessiyada, həmçinin, ATƏT-in Parlament Assambleyasının müxtəlif komitələrinə illik rəhbərlər seçilib.

Xəbər lenti

Xəbər lenti