...

Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaqdır

Siyasət Materials 12 İyul 2010 23:16 (UTC +04:00)
İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabriel Keller ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaqdır

İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabriel Keller ilə görüşmüşdür. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban xanım Əliyeva Fransa Prezidentinin sərəncamına əsasən bu ölkənin "Şərəf Legionu" ordeni ilə təltif edilməsi ilə bağlı təşəkkürünü bildirərək, bu mükafatın onun üçün böyük şərəf olduğunu söylədi.

Heydər Əliyev Fondunun prezidenti qeyd etdi ki, Azərbaycan ilə Fransa arasında əlaqələr çox möhkəmdir. Fond bu əlaqələrin, xüsusilə də mədəni sahədə əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Mehriban xanım Əliyeva gələcəkdə daha geniş birgə layihələrin həyata keçiriləcəyinə və bunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Fransa-Azərbaycan əlaqələri ilə bağlı Mehriban xanım Əliyevanın fikirlərini bölüşdüyünü deyən səfir Qabriel Keller, ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Görüşdə Bakıda Heydər Əliyev Fondu ilə birgə Fransa məktəbinin yaradılması məsələsi də müzakirə edildi. Layihə ölkələrimiz arasında ikitərəfli münasibətlərə öz töhfələrini verəcəkdir.

Xəbər lenti

Xəbər lenti