...

ATƏT-in gələcək sammitinin uğuru gündəlikdən asılı olacaq – Niderlandın Qazaxıstandakı səfiri

Siyasət Materials 13 İyul 2010 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir S.Süleymanov/

ATƏT-in gələcək sammitinin uğuru tədbirin gündəliyinin nə dərəcədə aktual və vacib olacağından asılıdır. Bu barədə Trend-ə Niderlandın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Frans Potoyt bildirib.

"Biz hesab edirik ki, ATƏT-in gələcək sammitinin keçirilməsində uğur bizim müzakirə edə biləcəyimiz məsələlərdən asılı olacaq. Ona görə də biz Almatıda qarşıdakı müzakirələri səbirsizliklə gözləyirik", - Potoyt deyib.

O xatırladıb ki, sammitin məhz Astanada keçirilməsinin mümkünlüyü bu həftənin sonunda - iyulun 16-17-də Almatıda keçiriləcək təşkilatın xarici işlər nazirlərinin qarşıdakı qeyri-formal görüşündə müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti