...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Talassemiya Federasiyasının rəhbəri ilə görüşüb

Siyasət Materials 13 İyul 2010 16:53 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan ilə görüşüb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə Talassemiya Federasiyasının rəhbəri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti təyin edilən Duran Canatanın xəstəliklə mübarizədə Fonda böyük dəstək göstərdiyini deyib.

Heydər Əliyev Fondunun talassemiyanın qarşısını almaq üçün həyata keçirdiyi proqramın artıq bir neçə ildir ki, icra olunduğunu qeyd edən Azərbaycanın birinci xanımı, bu sahədə görülən işlər, Bakıda Talassemiya Mərkəzi barədə danışıb. Fondun prezidenti deyib ki, problemin ciddiliyi nəzərə alınaraq doktor Duran Canatanın təcrübəsinə ehtiyac var.

Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Heydər Əliyev Fondunun talassemiya ilə mübarizədə fəaliyyətinin önəmini vurğulayıb.

Görüşdə talassemiyanın qarşısının alınması üçün preventiv tədbirlər - maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti