...

Fransanın xarici işlər naziri Bastiliyanın alınması gününü Mixail Saakaşvili ilə şam yeməyində qeyd edəcək

Siyasət Materials 14 İyul 2010 10:48 (UTC +04:00)
Fransanın xarici işlər naziri Bernar Kuşner çərşənbə və cümə axşamı günləri Gürcüstanda rəsmi səfərdə olacaq, - bu barədə Fransanın Gürcüstandakı Səfirliyindən verilən rəsmi məlumatda deyilir.
Fransanın xarici işlər naziri Bastiliyanın alınması gününü Mixail Saakaşvili ilə şam yeməyində qeyd edəcək

Gürcüstan, Tbilisi, 14 iyul /Trend, müxbir N.Кirsxaliya/

Fransanın xarici işlər naziri Bernar Kuşner çərşənbə və cümə axşamı günləri Gürcüstanda rəsmi səfərdə olacaq, - bu barədə Fransanın Gürcüstandakı Səfirliyindən verilən rəsmi məlumatda deyilir.

Səfirlikdən verilən məlumata görə, nazirin təyyarəsi 14 iyul saat 22:00-da Tbilisi Hava Limanına enəcək. O, hava limanından Prezident Mixail Saakaşvili ilə şam edəcəyi Prezident sarayına gedəcək.

İyulun 15-i səhər Kuşner səhər yeməyinə müxalifət liderlərini qəbul edəcək, daha sonra diplomatik korpus, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə "Avropa: keçmiş və gələcək çağırışlar" mövzusunda dialoq aparacaq.

Bir neçə saat Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək, görüşün sonunda birgə mətbuat konfransı təşkil olunacaq.

Kuşner, həmçinin, Qafqazın fransız məktəbinə və səfirliyin gələcək binasına baş çəkəcək.

Daha sonra fransız nazir qaçqınların düşərgəsi yerləşən Koda baş çəkəcək. Onu Gürcüstanın qaçqınlarla iş üzrə naziri Koba Subeliani, BMT fondunun nümayəndəsi Piter Nikolaus, Aİ monitorinq missiyasının rəhbəri Hans-Yorq Habber və onun müavini general Jil Janvye qəbul edəcəklər.

Xəbər lenti

Xəbər lenti