...

Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 14 İyul 2010 11:29 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyulun 14-də Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib
Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev iyulun 14-də Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib.

Müdafiə naziri səfirlik müddətini başa vuran diplomata ikitərəfli hərbi əməkdaşlıq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib, - məlumatı çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti