...

Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir – səfir

Siyasət Materials 14 İyul 2010 13:01 (UTC +04:00)
Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir. Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycana səfərinin əsas məqsədi həm Ukrayna, həm də Azərbaycan üçün əhəmiyyət kəsb edən bir çox məsələlər üzrə iki ölkənin mövqelərinin yaxınlaşmasıdır, - çərşənbə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Ukraynanın xarici işlər nazirinin baş tutacaq səfərini şərh edərək bildirib.
Ukrayna Azərbaycanla siyasi  məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir – səfir

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Ağayeva/

Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir. Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun Azərbaycana səfərinin əsas məqsədi həm Ukrayna, həm də Azərbaycan üçün əhəmiyyət kəsb edən bir çox məsələlər üzrə iki ölkənin mövqelərinin yaxınlaşmasıdır, - çərşənbə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Ukraynanın xarici işlər nazirinin baş tutacaq səfərini şərh edərək bildirib.

"Ukraynanın naziri iyulun 17-18-də ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcək",  - Ukrayna KİV-ə Ukraynanın Xarici İşlər Nazirliyinin İnformasiya siyasəti departamentinin direktoru Oleq Voloşin bildirib. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri ölkə rəhbərliyi ilə görüşməyi, Qafqazda təhlükəsizlik məsələləri və enerji layihələrini müzakirə etməyi planlaşdırır.

"Konstantin Qrişenko bu yaxınlarda Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin olunub. Ukrayna və Azərbaycanın beynəlxalq arenada vahid mövqe ilə çıxış etməsi məqsədilə iki ölkə arasında sıx əlaqələrin qurulması arzusu nazirə bildirilib", - səfir qeyd edib.

Səfirin sözlərinə görə, səfər zamanı sənəd imzalanması planlaşdırılmır.

Ukraynanın xarici işlər naziri iyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etdikdən sonra Bakıya səfər edəcək.

Xəbər lenti

Xəbər lenti