...

BƏƏ-nin nüfuzlu nəşriyyatı Azərbaycan haqqında məqalə dərc edib (FOTO)

Siyasət Materials 14 İyul 2010 14:01 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu jurnalı Azərbaycan haqqında məqalə nəşr edib.
BƏƏ-nin nüfuzlu nəşriyyatı Azərbaycan haqqında məqalə dərc edib (FOTO)

Аzərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S. Ağayeva/

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu jurnalı Azərbaycan haqqında məqalə nəşr edib.

Jurnal Əbu-Dəbinin Ticarət-Sənaye Palatasının nəşriyyat orqanı hesab olunur.

Məqalədə Azərbaycanda siyasi və iqtisadi kurs, investisiya imkanları, ticari əlaqələr və ölkənin mədəniyyətindən təfərrüatı ilə danışılır, - bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın BƏƏ-dəki Səfirliyindən məlumat veriblər.

Məqalə Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəmanovun iki ölkə arasında diplomatik münasibətlərin qurulması tarixi haqqında çıxışı ilə başlayır. Azərbaycan və BƏƏ 1992-ci ildə diplomatik əlaqələr qurublar, 2001-ci ildə Azərbaycan BƏƏ-də öz səfirliyini açıb. O dövrdən bəri ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr sürətlə inkişaf edir.

Xəbər lenti

Xəbər lenti