...

Almaniyanın xarici işlər naziri Özbəkistana səfər edəcək

Siyasət Materials 14 İyul 2010 16:24 (UTC +04:00)
Almaniyanın xarici işlər naziri Qido Vestervelle iyulun 15-də Özbəkistana işgüzar səfər edəcək.
Almaniyanın xarici işlər naziri Özbəkistana səfər edəcək

Özbəkistan, Daşkənd, 14 iyul /Trend, müxbir D.Əzizov/

Almaniyanın xarici işlər naziri Qido Vestervelle iyulun 15-də Özbəkistana işgüzar səfər edəcək. Bu barədə Almaniya səfirliyindən verilən məlumatda deyilir.

Vestervelle cümə axşamı günün ikinci yarısında Özbəkistanda olacaq. O, Daşkənddə həmkarı - Özbəkistanın xarici işlər naziri Vladimir Norovla görüşəcək.

Tərəflər arasında danışıqların mövzularından biri, gözlənildiyi kimi, Qırğızıstanın cənubunda vəziyyət, xüsusilə də yaxın günlərdə ölkənin cənubunda baş verən iğtişaşlarla bağlı regionda qaçqınların vəziyyəti olacaq.

Xəbər lenti

Xəbər lenti