...

Qazaxıstan Qırğızıstanın ziyan çəkmiş vilayətlərindən uşaqların qəbuluna hazırlaşır

Siyasət Materials 14 İyul 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir S.Süleymanov/

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstan nümayəndəliyinin əlaqələndirməsi ilə hazırda Qırğızıstana humanitar yardım üzrə kompleks proqram hazırlanır. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri İlyas Ömərov bildirib.

"Qazaxıstan Qırğızıstanın ziyan çəkmiş Oş və Cəlalabad vilayətlərinin uşaqları üçün təşkilatın üzv ölkələrinin uşaq düşərgələri və mərkəzlərində müalicə və sağlamlıq istirahətlərinin təşkili haqqında təklif irəli sürülüb", - Ömərov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Qazaxıstan tərəfi iyulun ikinci rübündən etibarən "Tau Samalı" (Jambıl vilayəti) uşaq sağlamlıq kompleksində 10 yaşdan 15 yaşadək uşaqların qəbul edilməsi barədə qərar qəbul edib. Orada uşaqlara müalicə olunmaq, istirahət etmək, yeni dərs ili öncəsi güc toplamaq imkanı veriləcək.

"Bu addım qonşu qardaş dövlətin dəstəklənməsi ilə bağlı həm ikitərəfli, həm də çoxtərəfli əsasda Qazaxıstanın həyata keçirdiyi tədbirlərdən biridir", - o deyib.

Xəbər lenti

Xəbər lenti