...

Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması üçün Rusiya ilə dialoq vacibdir – Fransanın xarici işlər naziri

Siyasət Materials 15 İyul 2010 14:01 (UTC +04:00)
Fransa 2008-ci il avqustun 12-də atəşkəs rejimi haqqında imzalanmış razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri heç zaman unutmayacaq, - Fransanın xarici işlər naziri Bernar Kuşner Tbilisidə bəyan edib.
Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması üçün Rusiya ilə dialoq vacibdir – Fransanın xarici işlər naziri

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir N.Kirsxaliya/

Fransa 2008-ci il avqustun 12-də atəşkəs rejimi haqqında imzalanmış razılaşmaya əsasən üzərinə götürdüyü öhdəlikləri heç zaman unutmayacaq, - Fransanın xarici işlər naziri Bernar Kuşner Tbilisidə bəyan edib.

"Biz bilirik ki, bu sazişin bütün şərtləri və bəndləri, hətta Aİ missiyası müşahidəçiləri tərəfindən separatçı ərazilərdə bəndlər yerinə yetirilməyib. Lakin biz bütün bəndlərin icrasına nail omaq üçün Rusiya ilə danışıqlar aparacağıq", - Kuşner Avropa evində Gürcüstan ictimaiyyəti və müxalifəti ilə görüşü zamanı bəyan edib.

O vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpasına "Rusiya ilə danışıqlar təsir göstərə bilər". "Nəticədə, heç nə verməyən müharibədən dialoq yaxşıdır", - o bildirib.

Kuşner qeyd edib ki, "Aİ hər zaman Gürcüstana dəstək olacaq və heç zaman onu yalqız buraxmayacaq, belə ki, Gürcüstan Avropanın bir hissəsi hesab olunur". "Siz Rusiyanın işğal etdiyi torpaqlardan çıxmasını gözləməli, biz isə rusları bu torpaqlardan çıxmağa razı salmalıyıq, axı bunun üçün iki il az müddətdir", - Avropada bir neçə illər davam edən və onun birləşməsinə mane olan münaqişələri xatırladaraq o qeyd edib.

Fransanın xarici işlər naziri Astanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı Gürcüstan və Rusiya arasında dialoq yaratmağa təşəbbüskarlıq etmək niyyətindədir.

O, həmçinin, abxazlar və osetinlərlə əlaqələr istiqamətində vətəndaş cəmiyyətini fəal olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti