...

Azərbaycanda səfərdə olan Mavritaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 15 İyul 2010 19:20 (UTC +04:00)
Cümə axşamı Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanda səfərdə olan Mavritaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Cümə axşamı Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin rəsmi qarşılanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Mavritaniya Prezidentinə raport verib.

Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Mavritaniya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məhəmməd Uld Əbdüləzizə, Mavritaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti