...

Demokratiya Uğrunda İttiffaq AXCP-Müsavat birliyində olmalıdır - Azərbaycanın müxalif partiyasının sədri

Siyasət Materials 16 İyul 2010 12:09 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları, Demokratiya Uğrunda İttifaq ayrılıqda hərəkət edəcəksə, müxalifətin bütün gücünü seçki prosesinə cəlb etmək mümkün olmayacaq.
Demokratiya Uğrunda İttiffaq AXCP-Müsavat birliyində olmalıdır - Azərbaycanın müxalif partiyasının sədri

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları, Demokratiya Uğrunda İttifaq ayrılıqda hərəkət edəcəksə, müxalifətin bütün gücünü seçki prosesinə cəlb etmək mümkün olmayacaq. Bu barədə cümə günü Trend-ə müxalif Demokratiya Uğrunda İttifaqa daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

"Belə hal baş verərsə, mübarizənin bir qismi daxildə kimin-kim olduğunu aydınlaşdırmağa həsr ediləcək və bu, səhv yoldur. Ona görə də mən bəzilərinin DUİ-Müsavat məsləhətləşmələrinə qoşulmalarının çıxış eləməsinin məntiqini başa düşə bilmirəm. Əgər AXCP-Müsavat DUİ ilə razılıqları nəzərə almayaraq ayrılıqda bir addım atacaqlarsa, mən onlara uğurlar arzu edərəm", - Oruc əlavə edib.

Trend-in arayışı: Müxalif "Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası ilə seçki bloku yaratmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edib. Həmin qərar "Azadlıq" blokuna daxil olan digər partiyaların sərt reaksiyasına səbəb olub və blokun fəaliyyətinə xitam verilməsi qərara alınıb.

DUİ-nin də həmin seçki blokunda təmsil olunacağı söylənilir.

Partiya sədri Mirmahmud Mirəlioğlunun AXCP ilə KXCP-nin birliyinin ola bilməyəcəyi ilə bağlı bəyanatları səhv hesab etdiyini də söyləyib.

Oruc deyib ki, Müsavat-DUİ birliyinə AXCP-nin də qoşulmasını doğru hesab edir.

"Müsavat ilə DUİ arasında niyyət protokolu var. Kütləvi aksiyaların birgə keçirilməsi ilə bağlı qərarlar var. Bir sıra dairələr üzrə artıq namizədlərimizi də aydınlaşdırmışıq. Yəni görülən işlərin hamısını ləğv edib yeni işə başlamaqdansa, uğurla başlanmış və normal inkişaf edən prosesləri davam etdirmək lazımdır", - partiya sədri bildirib.

Xəbər lenti

Xəbər lenti