...

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb

Siyasət Materials 17 İyul 2010 20:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Fərmana əsasən, Prezident İlham Əliyev qərara alıb ki,

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti