...

Azərbaycan Prezidenti əvvəl qəbul olunmuş qanununların tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 18 İyul 2010 04:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1014-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti əvvəl qəbul olunmuş qanununların tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1014-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1014-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Bundan əlavə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1037-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1037-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Xəbər lenti

Xəbər lenti