...

Gürcüstan və Azərbaycan prezidentlərinin görüşü çox vacibdir - Gürcüstan XİN rəhbərinin müavini

Siyasət Materials 18 İyul 2010 14:22 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Gürcüstan və Azərbaycan prezidentləri arasında keçiriləcək görüşü əhəmiyyətli adlandırıb.
Gürcüstan və Azərbaycan prezidentlərinin görüşü çox vacibdir - Gürcüstan XİN rəhbərinin müavini

Gürcüstan, Tbilisi, 18 iyul /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya Gürcüstan və Azərbaycan prezidentləri arasında keçiriləcək görüşü əhəmiyyətli adlandırıb.

"Bu çox mühüm bir görüşdür. Görüşdə həm ikitərəfli münasibətlərin məsələləri, həm də Azərbaycan və Gürcüstanın beynəlxalq səhnədə vahid mövqeləri müzakirə olunacaq", - deyə o qeyd edib.

Calaqaniyanın sözlərinə görə, Gürcüstan ilə Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə geniş miqyasla fərqlənirlər.

"Bundan başqa, beynəlxalq səhnədə ölkələrimiz tez-tez uyğunlaşdırılmış mövqelərlə çıxış edir və bu məsələ də bu gün ölkələrimizin liderləri tərəfindən müzakirə olunacaq", - Calaqaniya deyib.

Calaqaniya onu da qeyd edib ki, hal-hazırda Gürcüstan- Azərbaycan münasibətləri "yüksək səmərəlilik və strateji istiqamətlərin bir-birinə uyğun gəlməsi ilə seçilir".

Xəbər lenti

Xəbər lenti