...

Prezident Ilham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Siyasət Materials 19 İyul 2010 01:36 (UTC +04:00)
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatmışdır.
Prezident Ilham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola saldılar.

Həmin gün axşam dövlətimizin başçısı Vətənə qayıtdı.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti