...

Norveç və BMT İnkişaf Proqramının Azərbaycanda birgə layihələrin həyata keçirilməsi üzrə səkkizillik əməkdaşlığı uğurla başa çatıb

Siyasət Materials 19 İyul 2010 17:06 (UTC +04:00)
Norveç səfiri Yon Ramberq və BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Fikrət Akçura bazar ertəsi BMT İnkişaf Proqramının energetika və ətraf mühitin qorunması sahəsində, dövlət xidmətində islahatların aparılması, qadınların səlahiyyətlərinin artırılması, AİDS/QİÇS xəstəliyinə yoluxmanın qarşısının alınması, eləcə də özəl sektorun inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsi üzrə səkkizillik əməkdaşlığa yekun vurublar.
Norveç və BMT İnkişaf Proqramının Azərbaycanda birgə layihələrin həyata keçirilməsi üzrə səkkizillik əməkdaşlığı uğurla başa çatıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Y.Ostapenko/

Norveç səfiri Yon Ramberq və BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Fikrət Akçura bazar ertəsi BMT İnkişaf Proqramının energetika və ətraf mühitin qorunması sahəsində, dövlət xidmətində islahatların aparılması, qadınların səlahiyyətlərinin artırılması, AİDS/QİÇS xəstəliyinə yoluxmanın qarşısının alınması, eləcə də özəl sektorun inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsi üzrə səkkizillik əməkdaşlığa yekun vurublar.

"BMT-nin İnkişaf Proqramı - Norveç: Azərbaycanın inkişafı üçün birgə iş" adlı broşür nəşr edilərək təqdim edilib. Broşürda Norveç hökuməti və BMT-nin İnkişaf Proqramı arasında Azərbaycanın inkişafı üçün yuxarıda göstərilən ardıcıl əməkdaşlığın nəticələri öz əksini tapıb.

Səfir Ramberq qeyd edib ki, Norveç BMT İnkişaf Proqramının layihələrinin inkişafına təkcə maliyyə cəhətdən deyil, həm də Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı arasında fəaliyyəti əlaqələndirərək islahatların aparılmasına zəmin yaradır.

2002-ci ildən etibarən BMT-nin İnkişaf Proqramı və Norveç hökuməti bəzi dövlət institutları ilə 5,9 milyon dollar məbləğində doqquz layihə həyata keçiriblər. Onlar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var.

Səfir bu əməkdaşlıqda iki əsas məqsədi qeyd edib:

- Strateji inkişaf və islahat. Bu istiqamət Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə həyata keçirilən layihələri daha çox özündə əks etdirir. Bu layihə uğurla həyata keçiriləcəyi təqdirdə, Azərbaycanın nazirliklərinə kadr yığımı üzrə üsulu xeyli yaxşılaşdıracaq.

- Hakimiyyətin əhalinin daha zəif qruplarına yardım göstərməsi. Səfir Beynəlxalq Bankla əməkdaşlığı bu istiqamətdə daha uğurlu nümunə kimi göstərib. Belə ki, nəticədə qan köçürmələrinin təşkilini yaxşılaşdırmaq və bununla da QİÇS-ə yoluxmanın azaldılması əldə olunub.

Səfir Azərbaycanın dövlət sektorunun BMT-nin İnkişaf Proqramı ilə bigə layihələrin həyata keçirilməsində əsas tərəfdaşlar sırasında Ekologiya və Energetika nazirliklərinin adını çəkib.

"Azərbaycan hakimiyyəti tərəfindən BMT İnkişaf Proqramının potensialının 80 faizinin fəal şəkildə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan rəhbərliyinin cəmiyyətin və ümumilikdə ölkənin inkişafına sadiqliyinə aydın işarədir", - Ramberq vurğulayıb.

BMT-nin yeni rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Akçura da öz təəssüratlarını bölüşüb.

"Norveç həmişə BMT-nin qlobal bəşəqiyyət inkişafı üzrə indeksində birinci yerdə olub", - altı həftə əvvəl Bakıya gələn Akçura qeyd edib. Onun sözlərinə görə, BMT İnkişaf Proqramının Azərbaycanda məqsədi kadrların səviyyəsinin artırılması və inkişaf etdirilməsidir.

Uğurlu işə görə təbriklərlə BMT İnkişaf Proqramının həyata keçirilməsinə aidiyyəti olan Azərbaycanın dövlət institutlarının nümayəndələri də çıxış ediblər. Onlardan hər biri həyata keçirilən və planlaşdırılan layihələrin detalları haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti