...

Azərbaycanda həftə ərzində müxalifətin yeni bloku yaranacaq - partiya sədri Əli Əliyev

Siyasət Materials 19 İyul 2010 16:44 (UTC +04:00)
Azərbaycanda bu həftə ərzində müxalifətin yeni bloku yaranacaqAzərbaycanda bu həftə ərzində müxalifətin yeni bloku yaranacaq.
Azərbaycanda həftə ərzində müxalifətin yeni bloku yaranacaq - partiya sədri Əli Əliyev

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu həftə ərzində müxalifətin yeni bloku yaranacaq. Bu barədə bazar ertəsi Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Bu həftənin sonuna qədər seçki blokumuzun tərkibinin elan ediləcəyi ehtimal olunur. Blokun tərkibi müəyyənləşdikdən sonra namizədlərin siyahısını konkretləşdirəcəyik. Həm VİP, həm də Azərbaycan Liberal Partiyasının seçkilərlə bağlı siyasətini ictimaiyyət biləcək", - Əliyev əlavə edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

VİP sədri "Azadlıq" blokunun dağılması ilə rəhbərlik etdiyi partiyanın aktivliyinin azalmasına da münasibət bildirib.

"Biz özümüz fasilə verdik ki, gündəm dəyişsin. "Azadlıq" blokunun daxilində baş verənləri ictimai qaydada müzakirə etmək istəmirik. Hazırda parlament seçkilərində iştirak formaları üzərində işləyirik, daxildə namizədlərin müəyyənləşməsi, siyahının hazılanması işi gedir. Ən vacib işlərdən biri də seçki blokunda kimlərin olacağı sualının cavabıdır", - Əliyev deyib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunurdu.

İyulun 13-də "Azadlıq" blokuna daxil olan AXCP-nin Müsavat Partiyası ilə seçki blokunun yaradılması haqqında qərar verməsi xəbəri yayıldıqdan sonra bloka daxil olan digər partiyalar blokun fəaliyyətinin dayandığını elan ediblər.

Xəbər lenti

Xəbər lenti