...

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Siyasət Materials 19 İyul 2010 20:39 (UTC +04:00)
Baş nazir Nika Qilaurinin başçılığı ilə Gürcüstan hökumətinin nümayəndə heyəti iyulun 23-də Azərbaycana səfər edəcək.
Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gürcüstan, Tbilisi, 19 iyul /Trend, müxbir N.Kirsxaliya/

Baş nazir Nika Qilaurinin başçılığı ilə Gürcüstan hökumətinin nümayəndə heyəti iyulun 23-də Azərbaycana səfər edəcək. Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə Trend-ə Gürcüstan Baş nazirinin mətbuat xidmətinin rəhbəri Nikoloz Mçedlişvili bildirib.

"Bu, altı ayda bir dəfə keçirilən növbəti iclasdır. İclasda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilir", - o deyib.

Budəfəki iclasda qaz tədarükü, 500 kilovoltluq gücə malik elektrik xətt ötürücüsü, Bakı-Tbilisi-Qars dəmir yolunun və Rustavi-Bakı avtoyolunun tikintisi üzrə razılaşdırılan məsələlər müzakirə ediləcək.

Komissiyanın iclasından sonra Gürcüstan Baş nazirinin azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşü olacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş planlaşdırılıb.

Gürcüstan nümayəndə heyəti elə həmin gün Tbilisiyə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti