...

Polşanın Türkmənistana yeni səfiri təyin olunub

Siyasət Materials 20 İyul 2010 14:43 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Polşanın yenidən təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Stefan Radomskiyə etimadnamələr təqdim edib.
Polşanın Türkmənistana yeni səfiri təyin olunub

Тürkmənistan, Aşqabad, 20 iyul /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Polşanın yenidən təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Stefan Radomskiyə etimadnamələr təqdim edib.

Türkmənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ticarət, elm, mədəniyyət və təhsil sahəsində "uzunmüddətli, qarşılıqlı əsaslarla" əməkdaşlıq perspektivi üzrə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, "beynəlxalq siyasət məsələləri üzrə fikir yaxınlığı" da qeyd olunub.

Səfirin sözlərinə görə, Polşada Türkmənistanda rəsmi Aşqabad tərəfindən aparılan sülhsevər siyasət və aktual beynəlxalq təşəbbüslər yüksək qiymətləndirilir.

Türkmənistan rəhbəri Radomskiyə məsuliyyətli işində uğurlar arzulayıb.

Berdıməhəmmədov söhbət əsnasında səfirə Polşa Prezidenti Lex Kaçinskinin faciəli ölümü münasibətilə dərin hüznlə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti