...

ABŞ-ın keçmiş dövlət katibi Azərbaycana səfər etməyi planlaşdırmır - "World Leaders Travel"

Siyasət Materials 21 İyul 2010 11:23 (UTC +04:00)
ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays sentyabrda dünya liderlərinin beşinci simpoziumu çərçivəsində Azərbaycana gəlməyəcək. Bu barədə Trend-ə "World Leaders Travel" təşkilatının mətbuat ofisindən bildiriblər.
ABŞ-ın keçmiş dövlət katibi Azərbaycana səfər etməyi planlaşdırmır - "World Leaders Travel"

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays sentyabrda dünya liderlərinin beşinci simpoziumu çərçivəsində Azərbaycana gəlməyəcək. Bu barədə Trend-ə "World Leaders Travel" təşkilatının mətbuat ofisindən bildiriblər.

"Xanım Rays bizim səfərlərimizin kiçik hissəsində iştirak edəcək və o, Azərbaycana səfər etməyi planlaşdırmır", - təşkilatın nümayəndəsi bildirib.

Bundan əvvəl qurumun rəsmi saytında simpozium çərçivəsində məşhur dünya siyasətçiləri və ekspertlərinin Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Azərbaycana səfər edəcəkləri barədə məlumat meydana çıxmışdı.

Ölkəyə Kondaliza Raysla yanaşı, ABŞ-ın keçmiş müdafiə naziri Uilyam Ceyms Perinin, Moskvanın Korneqi Mərkəzinin direktoru Dmitri Treninin də səfərləri gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti