...

Azərbaycan diplomatik xidmət orqanlarının əməkdaşlarına "Dövlət qulluğunda fərqlənməyə görə" medalları təqdim edilib

Siyasət Materials 21 İyul 2010 18:34 (UTC +04:00)
Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının əməkdaşlarına medallar təqdim edilib.
Azərbaycan diplomatik xidmət orqanlarının əməkdaşlarına "Dövlət qulluğunda fərqlənməyə görə" medalları təqdim edilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının əməkdaşlarına medallar təqdim edilib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Çərşənbə günü xarici işlər naziri Elmar Məmmədyarov ölənin diplomatik xidmət orqanlarının əməkdaşları Qafarov Ramiz Əsəd oğlu, Məmmədov Fariz Cümşüd oğlu, Əliyarlı Rəşad Süleyman oğlu, Babayev Mirbaba Cabbar oğlu, Mirzə-zadə Pərvin Xəyyam oğlu və Nəcəfova Mehriban Salman qızına adıçəkilən medalları və təsdiqedici sənədləri təqdim edib.

Eyni sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş XİN-in əməkdaşları və hazırda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan Canəhmədova Lamiyə Musa qızı, Ələsgərov Şamil Ağarəhim oğlu, Əliyev Elxan Oruc oğlu, Nağıyev Telman Əlihəsən oğlu, İsrafilov Qalib Malik oğlu, Məmmədzadə Elnur Malik oğlu və Köçərli Qabil Tofiq oğluna medallar və təsdiqedici sənədlər akkreditə olunmuş ölkələrdə verilib.

Xəbər lenti

Xəbər lenti