...

Mişel Platini avqustun 9-da Gürcüstana səfər edəcək

Siyasət Materials 22 İyul 2010 11:00 (UTC +04:00)
UEFA prezidenti Mişel Platini avqustun 9-da Gürcüstana səfər etmək niyyətindədir. Bu, Platininin ölkəyə üçüncü səfəridir. Bu barədə Gürcüstanın Futbol Federasiyası (GFF) məlumat verib.
Mişel Platini avqustun 9-da Gürcüstana səfər edəcək

Gürcüstan, Tbilisi, 22 iyul /Trend, müxbir N.Kirsxaliya/

UEFA prezidenti Mişel Platini avqustun 9-da Gürcüstana səfər etmək niyyətindədir. Bu, Platininin ölkəyə üçüncü səfəridir. Bu barədə Gürcüstanın Futbol Federasiyası (GFF) məlumat verib.

GFF prezidenti Zviad Siçinavanın jurnalistlərə verdiyi məlumata görə, əsas məsələlərdən biri Tbilisidə 2012-13-cü illərdə Avropa Kuboku finalının keçirilməsi olacaq.

Gürcü tərəfi, həmçinin, artıq federasiyanın mülkiyyəti olan M.Meshi adına "Lokomotiv" stadionunun yenidənqurulması üçün UEFA investisiyalarını cəlb etmək niyyətindədir. Siçinavanın bəyan etdiyi kimi, gürcü tərəfi bu stadionun Avropa standartlarına cavab verməsini istəyir.

Görüşdə Mişel Platininin də öz maraqları olacaq. Bu, UEFA prezidenti seçkilərinin yaxınlaşması ilə əlaqədardır. Gürcüstan Platininin açıq tərəfdarları sırasındadır.

Bununla əlaqədar GFF-nin baş katibi Revaz Arveladze bəyan edib ki, "Platininin GFF-ya münasibəti və bizim münasibətimiz məlumdur... biz onun tərəfdarlarının ön sıralarındayıq".

Mişel Platini Gürcüstana səfəri zamanı Baş nazir Nika Gilauri ilə görüşəcək. Eləcə də onun prezident Mixeil Saakaşvili ilə də görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti