...

Azərbaycan Prezidenti Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 22 İyul 2010 14:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb, - məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub-saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin (ölümündən sonra)" sərəncamda qeyd olunub.

Prezidentin digər sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdiriləcək.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməlidir.

Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etməlidir.

İbrahimov iyunun 18-da Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alaraq, qəhrəmanlıq göstərib. Nəticədə, 4 erməni hərbçisini öldürüb, 4-nü isə yaralayıb.

Xəbər lenti

Xəbər lenti