...

İsveçrə Vaxtanq Komaxidzeyə siyasi sığınacaq verib

Siyasət Materials 27 İyul 2010 15:29 (UTC +04:00)
İsveçrə "Reportyor" studiyasının rəhbəri Vaxtanq Komaxidzeyə siyasi sığınacaq verib.
İsveçrə Vaxtanq Komaxidzeyə siyasi sığınacaq verib

Gürcüstan, Tbilisi, 27 iyul /Trend, müxbir N.Kirsxaliya/

İsveçrə "Reportyor" studiyasının rəhbəri Vaxtanq Komaxidzeyə siyasi sığınacaq verib. Bu barədə Trend-ə "Keçmiş siyasi məhbuslar - insan haqları uğrunda" QHT-nin rəhbəri Nana Kakabadze məlumat verib.

"Komaxidze telefonla mənimlə əlaqə saxladı və şəxsən mənə ona siyasi sığınacaq verilməsi üçün məlumat verdi", - o deyib. Kakabadzenin sözlərinə görə, İsveçrə Vaxtanq Komaxidzenin siyasi qaçqın olduğunu etiraf edib.

"İsveçrə etiraf edib ki, Vaxtanq Komaxidze hakimiyyət tərəfindən təqib olunur və bu da onun jurnalist fəaliyyətini həyata keçirməyə mane olur", - Kakabadze qeyd edib.

Komaxidze Gürcüstan hakimiyyətini kəskin tənqid edən bir çox sənədli filmlərin müəllifidir. O, keçmiş Baş nazir Jurab Jvaniyanın ölümü haqqında film çəkib. Həmin filmdə onun ölümü ilə bağlı qazla zəhərlənmə barədə rəsmi versiya ilə ziddiyyət təşkil edən ehtimallar yer alıb.

Xəbər lenti

Xəbər lenti