...

Marneulidə ilan sancmış azərbaycanlı xilas edilib

Siyasət Materials 28 İyul 2010 12:43 (UTC +04:00)
Marneuli (Şərqi Gürcüstan) xəstəxanasının həkimləri gürzənin sancdığı yerli azərbaycanlının həyatını xilas etməyə nail olublar.
Marneulidə ilan sancmış azərbaycanlı xilas edilib

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir N.Kirsxaliya/

Marneuli (Şərqi Gürcüstan) xəstəxanasının həkimləri gürzənin sancdığı yerli azərbaycanlının həyatını xilas etməyə nail olublar. Zərərçəkən İnal Yusifovun sözlərinə görə, hadisə onun Kür çayında çimmək istədiyi zaman baş verib.

Yusifov ilanı öldürə bilib və bundan sonra o, huşunu itirib.

Həkimlər əvvəlcə Yusifovun vəziyyətinin ağır olduğunu bildiriblər. Lakin müvafiq tədbirlərin görülməsi, eləcə də xəstəyə ilan zəhərinə qarşı zərdab vurulması nəticəsində onu xilas etmək mümkün olub.

Hazırda Yusifov özünü yaxşı hiss edir.

Xəbər lenti

Xəbər lenti