...

Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub

Siyasət Materials 28 İyul 2010 14:39 (UTC +04:00)
Nazirliyin internet-saytının məlumatına görə, həmin şəxslər dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batmaq təhlükəsi ilə üzləşiblər.
Ötən gün Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər xilas olunub

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gün dənizdə batmaq təhlükəsi ilə üzləşmiş on bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Nazirliyin internet-saytının məlumatına görə, həmin şəxslər dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batmaq təhlükəsi ilə üzləşiblər.

Xilasedicilər dənizin nəzarət olunmayan hissəsində batmış 25 yaşlı Anar Əlövsət oğlu Məmmədov və 34 yaşlı Babək Əliqulu oğlu Ağayevin cəsədlərini sudan taparaq, aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti