...

Bakıda "Təhlükəsiz Şəhər" Xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqi ilə 16 cinayətin üstü açılıb

Siyasət Materials 29 İyul 2010 13:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin cümə axşamı keçirilən kollegiya iclasında məlumat verilib.
Bakıda "Təhlükəsiz Şəhər" Xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqi ilə 16 cinayətin üstü açılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin 6 ayında "Təhlükəsiz Şəhər" Xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqi ilə 16 cinayətin üstü açılıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin cümə axşamı keçirilən kollegiya iclasında məlumat verilib.

Məlumata görə, hesabat dövründə "Təhlükəsiz Şəhər" Xidməti tərəfindən 972 yol-nəqliyyat qəzası, o cümlədən, vətəndaşların xəsarətlənməsi ilə nəticələnən 23 analoji hadisə müəyyən edilib.

Yol hərəkəti qaydaları əleyhinə olan 16 mindən çox inzibati xəta aşkarlanıb.

Bu ilin birinci yarısında respublikada yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalıb.

Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmalarından irəli gələn hadisələr 28,9 faiz, o cümlədən, sürət həddinin aşılması nəticəsində baş verənlər 7,2 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 12,1 faiz, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 50 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 1,7 faiz azalıb.

Müvafiq inzibati xətalara görə 45 715 sürücü yerində cərimələnib, 1 400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb.

Avtoxuliqanlıq etdiyinə görə, 408 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.

Xəbər lenti

Xəbər lenti