...

ABŞ Senatında Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək

Siyasət Materials 31 İyul 2010 11:04 (UTC +04:00)
Avqustun 3-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək.
ABŞ Senatında Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək

Аzərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E.Tarıverdiyeva/

Avqustun 3-də ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək. Məlumatı Senat komitəsinin rəsmi saytı yayıb.

Bundan əvvəl Ermənistan KİV məlumat yaymışdı ki, Brayzanın adı 25 ölkədə səfir vəzifəsinə namizədlər siyahısında yoxdur.

Senatda Brayzanın namizədliyinin müzakirəsi üzrə ilk dinləmələr iyulun 23-də keçirilib.

ABŞ-ın Azərbaycanda diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi bir ildən çoxdur ki vakantdır.

Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər.

Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş ediblər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsinə razılıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti