Şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdü artırıldı

Siyasət Materials 8 Sentyabr 2010 20:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərman imzalayıb.
Şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdü artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilsin.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərman 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti